Son Xəbərlər
Dünya

ABŞ İrana qarşı əməliyyatları Yaxın Şərqdən kənara çıxdı

Bu gün / 15:29 2 dəq
Qirici
Bu gün / 15:29
Burada sizin reklamınız ola bilər

ABŞ İrana qarşı hərbi əməliyyatlarını Yaxın Şərqdən kənara çıxarıb. ABŞ Hərbi Dəniz Qüvvələri dünən Hind-Sakit okean bölgəsində “Tifani” adlı tankeri saxlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Nəşr təxminən 2 milyon barel neft daşıya bilən “Tifani” gəmisinin saxlanılmasını “oxşar əməliyyatların başlanğıcı” adlandırıb. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də bundan əvvəl bəyan etmişdi ki, bu cür əməliyyat tədbirləri Hind-Sakit okean bölgəsində həyata keçirilə bilər. Keynin sözlərinə görə, Amerika qüvvələri İran bayrağı altında üzən və ya Tehrana real dəstək göstərməyə çalışan istənilən gəmini təqib edəcək.

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan zərbə qrupu “USS Abraham Linkoln” və “USS Tripoli” hücum gəmisinin rəhbərlik etdiyi zərbə qrupu hazırda Ərəbistan dənizində fəaliyyət göstərir və İranın dəniz blokadasında iştirak edir. “USS George HW Bush” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu da onlara qoşulmaq üçün yola düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər