Yaşar Gülər: F-35 qırıcılarının satışı bərpa oluna bilər
“ABŞ müvafiq sanksiyaları qaldırsa, F-35 qırıcılarının Türkiyəyə satışı prosesi bərpa oluna bilər”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“Artıq bəyan etmişik ki, CAATSA sanksiyaları qaldırılarsa, F-35-lərin satınalma prosesinin bərpasına baxılacaq. Həmçinin bu durumda ABŞ ilə müdafiə sənayesində, müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlıq sürətlənəcək”, – müdafiə naziri vurğulayıb.





