Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Toxumluq kartof tədarükünə başlanıb

23 sentyabr / 14:59 2 dəq
197470 src
23 sentyabr / 14:59
Burada sizin reklamınız ola bilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum istehsalı həyata keçirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür toxumluq kartofun yığımına başlanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı elit reproduksiyalı “Telman” sortunun dəmyə ərazilərdə daha yüksək nəticə göstərdiyi məlum olub. Yığım zamanı superelit və elit reproduksiyalı toxum texnoloji yolla çıxarılaraq çeşidlənir, saxlama qaydalarına uyğun olaraq anbara yığılır. İsaq Həsənov bildirib ki, əldə olunan toxumlar bölgü əsasında respublikada kartofçuluqla məşğul olan fermer təsərrüfatlarına veriləcək. Məntəqədə “Əmiri” sortunun da toxumçuluğu təşkil edilib.

Qeyd edək ki, “Telman” sortu 2008-ci ildə rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib, dəmyə şəraiti üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Respublikanın Qərb və Şirvan bölgəsinin dağlıq ərazilərində geniş yayılıb. Dəmyə şəraitində hektardan məhsuldarlığı 15 tondur, suvarma şəraitində məhsuldarlığı iki dəfə artır.

Sortun müəllifi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşı, mərhum Zeynəddin Əmirovdur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı