Hadisə

DİN: Dünən kiber üsullarla vətəndaşların 87 min manatı talanıb

9 aprel / 15:10 1 dəq
Indir 2025 02 15t141541.221
9 aprel / 15:10
Burada sizin reklamınız ola bilər

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.

Bu barədə Qerbxeber.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var” – DİN-in xəbərdarlığında deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər