Dünya

Peskov Vardanyanı tanımır

27 sentyabr / 15:32 1 dəq
Dmitri peskov
27 sentyabr / 15:32
Burada sizin reklamınız ola bilər

Kremldə Ruben Vardanyanın Gorusa getmək istəyərkən Azərbaycan sərhədində saxlanılması barədə məlumat yoxdur.

“Qərb Xəbər” bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm. Onun saxlanıldığını, kim tərəfindən saxlanıldığını, ümumiyyətlə saxlanılıb-saxlanılmadığını və Rusiya vətəndaşlığının olub-olmadığını bilmirəm”, – Peskov bildirib.

Onun sözləruinə görə, əgər Vardanyanın rus vətəndaşlığı varsa, Rusiya onun hüquqlarını qoruyacaq.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyanın Ermənistan istiqamətində hərəkət edərkən saxlanıldığı və Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirildiyi barədə məlumat yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər