Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Qazax rayonunun Çaylı kəndi ərazisində baş vermiş yol qəzasında xəsarət alanlardan daha birinin kimliyi məlum olub.
“Qərb Xəbər” saytının məlumatına görə, o Təranə Rza qızı Məmmədovadır.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
***
Bu gün axşam saatlarında Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər” saytının məlumatına görə, hadisə yerində Çaylı kənd sakinləri Murğuzov Qorxmaz Biləndər oğlu, Carçıyev Afiq Qərib oğlu, Bənnayev Vüqar Etibar oğlu, Qocayev İkram İsmandiyar oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Birincinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.