Tovuzun Aşağı Quşçu sakinləri kənd ərazisindəki gölün üzərində körpü tikilməsini tələb edirlər.
Belə ki, hazırda sakinlər yalnız gölün o tayını bu tayına birləşdirən qaz borusunun üzərindən hərəkət edə bilirlər. Avtomobil yolu belə yoxdur.
“Qərb Xəbər” saytının reportyor qrupu ərazidə olub, problemi yaxından araşdırıb.