Bu gün İranda prezident seçkilərinin ikinci turu keçiriləcək
İranda növbədənkənar prezident seçkilərinin ikinci turu cümə günü keçiriləcək, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaq.
Qerbxeber.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında, bütün səslər hesablandıqdan sonra məlum olacağı gözlənilir.
Prezidentlik uğrunda 69 yaşlı islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili mübarizə aparacaqlar.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı