Diyetoloq Penni Kris-Eterton bildirib ki, nar lif və antioksidantlarla zəngindir, həmçinin qan damarları üçün faydalıdır.
Qerbxeber.com xarici mediaya istinadən xəbər verir ki,mütəxəssisin fikrincə, nar orqanizmdə iltihab və qocalma ilə mübarizə aparmağa kömək edir.
O, həmçinin meyvəni fol turşusu, kalium və K vitaminin mənbəyi adlandırıb. Diyetoloq narın damar sağlamlığı üçün faydalı olduğunu deyib. Lakin onun ürək-damar xəstəliklərin riskini azaltma qabiliyyətinin hələ sübut olunmadığını da vurğulayıb.
Kris-Eterton bildirib ki, nar şirəsi qan təzyiqini aşağı salmağa kömək edə bilər, lakin hipertoniya üçün dərman qəbul edənlər şirəni ehtiyatla içməlidirlər.
Bundan əlavə, antikoaqulyasiya ilə bağlı dərmanlar qəbul edənlər diqqətli olmalıdırlar. Narlar dərmanlarla qarşılıqlı təsir göstərib qan laxtalanma ehtimalını artıra bilər.
P.S. Qeyd edək ki, hazırda narın ən bol zamanıdır. Qazax şəhər bazarında narın 1 kg-ı 0,8 (80 qəpik)AZN-dir.Nar şirəsinin isə 1 l-nin qiyməti 3 AZN-dir. Mövsümdən faydalanmaq zamanıdır.