Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Tağı Əhmədov vəfat etdi

19 oktyabr / 11:19 2 dəq
Tagi ehmedov
19 oktyabr / 11:19
Burada sizin reklamınız ola bilər

 “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75 yaşında vəfat edib. Sabiq metropoliten rəisi qan təzyiqi,şəkər və digər xəstəliklərdən əziyyət çəkirdi.

 Qerbxeber.com Tağı Əhmədovun dosyesini təqdim edir:

Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

O, 1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970–1994-cü illərdə “Bakı Metropoliteni”nin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.

T.Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantı, texnika elmləri namizədi olub.

Tağı Əhmədov 1998–2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb. “Tunellərin zəlzələyə davamlılığı” mövzusunda tədqiqat işi aparıb.

O, “Fəxri Dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları, “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib.

2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə “Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

Tağı Əhmədov təkcə metro rəisi yox, həm də qələm əhli olub. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazıb.

Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də sözlər Tağı Sadiqə məxsusdur.

Ailəlidir, 2 övladı var.

Mənbə:Globalinfo.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı