Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Millinin baş məşqçisi: “Rəqibdən daha yaxşıyıq”

2 iyun / 10:46 2 dəq
56fd7b2e 89c7 45e3 a9ed 9847cea798d9
2 iyun / 10:46
Burada sizin reklamınız ola bilər

“Hər iki milli komanda üçün qarşıdakı rəsmi matç öncəsi vacib hazırlıq oyunu idi. Futbolçularımızın çoxunu iş başında gördük. Bizi indi seçmə mərhələdə ilk qarşılaşma düşündürür, sonra növbəti oyunlara baxacağıq”.

Bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yoxlama matçında əsas yığmaya 0:3 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis bildirib ki, təlim-məşq toplanışının gedişatı onu sevindirir: “Demək olar iki həftədi bir yerdəyik. Futbolçular verilən bütün tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar. Bu, kənardan görünür. Azərbaycanın əsas yığmasına yaxşı oyun və qələbələr arzulayıram. Yetirmələrimə arzu edərdim ki, onlar hər iki hissədə belə güclərini ortaya qoysunlar. Bəzən bu, alınmır. Bilirsiniz, yaxşı komandalara qarşı da oynayırsan və özünü həmişə yaxşı tərəfdən göstərə bilmirsən. Buna baxmayaraq, bu hazırlıq matçı bizim üçün önəmli idi. Bilirsiniz ki, bizdə belə yaxşı rəqiblə qarşılaşmalar az olur. Buna görə də futbolçular oyundan zövq aldı”.

Obradoviç Avropa çempionatının seçmə mərhələsinin birinci turunda səfərdə qarşılaşacaqları Lixtenşteynlə matç barədə də danışıb. Məşqçi ilk növbədə texnika və taktika üzərində işlədikkərini deyib: “İstəyirik ki, yaxşı oynayaq, hər qarşılaşmada irəli gedək. Hər oyunda özümüzü yaxşı göstərmək istəyirik. Rəqibin buna nə qədər imkan verməsini də nəzərə alırıq. Lixtenşteynə 3 xal qazanmaq üçün gedirik. Fikrimcə, rəqibdən daha yaxşıyıq. Ancaq bunu hələ sübut etməliyik”.

Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan matçı iyunun 6-da baş tutacaq

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı