Siyasət

Gürcüstanın Aİ-yə inteqrasiyası üzrə fəaliyyət planı təsdiqlənib

1 aprel / 17:09 2 dəq
Georgia
1 aprel / 17:09
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı 2022-ci il üzrə Milli fəaliyyət planı qəbul olunub.

 

“Qərb Xəbər” məlumat verir ki, sənəd Gürcüstanın Aİ-yə inteqrasiyası üzrə hökumət komissiyasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən 61-ci toplantısında təsdiqlənib.

İclasda Gürcüstanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciətindən sonra yeni reallıqlar və perspektivlər müzakirə olunub. Qeyd edilib ki, müraciətin təqdim olunmasından sonra Gürcüstan-Aİ münasibətləri yeni mərhələyə keçib və ölkə islahatların rellaşdırılmasını uğurla davam etdirir.

Toplantıda komissiya çərçivəsində Aİ-dən daxil olan sorğu vərəqələrinin icrası ilə bağlı iş üzrə daimi işçi qruplarının yaradılması barədə qərar qəbul olunub. Bundan başqa, Aİ-yə üzv ölkələrlə artıq başlamış fərdi dialoq prosesi fəallaşdırılacaq.

Qeyd edək ki, İ.Qaribaşvili martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. İttifaq sənədi qəbul edib və Avropa Komissiyasında məsələnin müzakirəsinə artıq başlanılıb.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı