Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli sahədə yerləşir

29 yanvar / 11:25 2 dəq
Stanbulda sars nt kandilli rasathanesi 23 ve afad 32 dedi qZ6YQCNm
29 yanvar / 11:25
Burada sizin reklamınız ola bilər

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahədə yerləşir.

Bunu trend-ə AMEA Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir.

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşüb.

N.Paşayev əlavə edib ki, Abşeron iqtisadi rayonunda ən dağıdıcı zəlzələ 1842-ci ildə baş verib:

“O dövrdən uzun müddət sonra – 2000-ci ildə Bakı şəhəri yenidən zəlzələnin vurduğu itkiyə məruz qalıb. Bu zəlzələ bir daha sübut etdi ki, Azərbaycan yüksək seysmikliyə malik zonada yerləşir. Bu baxımdan iki məsələ əsasdır. Bunlardan biri tikinti işlərini yüksək keyfiyyətlə aparmaq, ikincisi binaları seysmiklik normasından 2 bal yuxarı bala uyğun tikməkdir. Digər məsələ isə zəlzələ barədə proqnozun verilməsidir, lakin bu məsələ elm üçün əlçatmazdır. İnkişaf etmiş ölkələrin, eləcə də Azərbaycanın bu sahədə fəaliyyət göstərən elm mərkəzləri və alimlərinin zəlzələnin olacağına dair (1-2 saat əvvəl) proqnozları haqqında danışılsa da, hələlik bunlar özünü doğrultmayıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı