Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

FHN əhaliyə müraciət edib

26 yanvar / 12:06 3 dəq
Fhn
26 yanvar / 12:06
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyi odsöndürücü balonlardan düzgün istifadə qaydalarına dair əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

Yanğın baş verərkən ilkin mərhələdə əlaltında olan vasitələrlə onu söndürməklə və ya genişlənmə riskini azaltmaqla daha böyük faciələrin qarşısını almaq mümkündür. Belə vasitələrin ən effektlisi odsöndürücü balonlardır. Təəssüflə bildiririk ki, ilk baxışdan sadə istismar qaydalarına malik odsöndürücü balonlardan bəzən düzgün istifadə edilməməsi və ya balonların növlərindən asılı olaraq təyinatı üzrə tətbiq edilməməsi onların səmərəliliyini azaldır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğınlar zamanı odsöndürücü balonlardan istifadəyə dair aşağıdakı mühüm tələblərin nəzərə alınmasını tövsiyə edir:

– odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini bilmək lazımdır:

– quru kimyəvi tozlu və ya qazla işləyən balonlardan bütün növ yanğınların söndürülməsində;

– tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində;

– köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir.

– balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;

– istifadə zamanı balondan xarakterik səs eşidilir.

Odsöndürücü balondan istifadə etmək üçün:

– onun üstündəki plastik möhürü qırın;

– balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;

– təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;

– dəstəyi yavaş-yavaş sıxın;

– lüləni yuxarı-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”yə zəng edin!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı