Dünya

KİV: Zelenskinin NATO sammiti çərçivəsində Trampla görüşü planlaşdırılır

24 iyun / 15:57 1 dəq
Zelensky trump zelenski tramp (1)
24 iyun / 15:57
Burada sizin reklamınız ola bilər

Volodimir Zelenski və Donald Tramp NATO-nun iyunun 25-də Haaqada keçiriləcək sammitində görüşməyi planlaşdırırlar.

Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, “France-Presse” agentliyi bu barədə Ukrayna Prezidentinin ofisindəki yüksəkvəzifəli mənbəyinə istinadla məlumat yayıb.

Məlumata görə, Ukrayna və ABŞ dövlət başçılarının görüşü iyunun 25-də günortadan sonra baş tutacaq. Danışıqlarda Rusiyaya qarşı sanksiyalar və Kiyevə silah tədarükü məsələləri müzakirə olunacaq.

Bir müddət öncə, “The Times” qəzeti adı açıqlanmayan diplomata istinadla yazıb ki, NATO sammiti Donald Trampın “məhdud diqqət dairəsi” nəzərə alınmaqla təşkil olunacaq. Məqalədə tədbir təşkilatçılarının ABŞ Prezidentinin vaxtından əvvəl tərk etdiyi G7 sammitindən dərs almalı olduqları vurğulanır.

Paylaş
Burada sizin reklamınız ola bilər