Bu ay iki ulduz axını olacaq
Oktyabr ayında planetimizin sakinləri Drakonid və Orionid adlı iki ulduz axınını müşahidə edə biləcək.
İlk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. Göydə təxminən saatda on ulduz axını görünəcək.
Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.
Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı