Avropa

Lukaşenko Orbanın məğlubiyyətinin səbəblərini açıqladı

Dünən / 23:35 1 dəq
Lukasenko
Dünən / 23:35
Burada sizin reklamınız ola bilər

Macarıstan siyasətinə və Viktor Orbanın siyasətinə qiymət verməyə tələsməməyi tövsiyə edərdim. O, praqmatik və realistdir. Bunu kütləvi informasiya vasitələrindən eşidirəm. Amma Orban niyə uduzdu? Deməli, siyasətdə, xüsusilə daxili siyasətdə ciddi çatışmazlıqlar olub. Axı səs verən konkret insanlar idi. Və demək olmaz ki, onlar səhv ediblər, çünki fərq çox böyükdür. Deməli, müxalifət – Peter Magyarın timsalında – aydın və cəlbedici mövqe təqdim edib.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Macarıstanın Baş naziri Viktor Orbanın parlament seçkilərində məğlub olması barədə danışarkən deyib.

“Yəqin ki, onlar (Viktor Orbanın rəhbərlik etdiyi Fides Partiyası – red.) çox danışırdılar, amma ölkə daxilində hər şeyi etmirdilər. Müxalifət də bundan istifadə etdi”, – deyə Lukaşenko RT-yə müsahibəsində bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər