Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Gürcüstan MSK-nın nəşr etdirdiyi kitabda Pərixanım Sofiyeva da yer alıb – Foto

1 iyun / 15:13 2 dəq
Cdeb16445196e4d85caba8bbbb848c1b (1)
1 iyun / 15:13
Burada sizin reklamınız ola bilər

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) “Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına seçkilər” adlı kitab nəşr etdirib.

Kitab 1918-1920-ci illərdə yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərə həsr olunub.

Gürcü və ingilis dillərində işıq üzü görmüş nəşrdə Gürcüstanda müsəlman dünyasında ilk qadın deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyeva haqqında da məlumat və fotoşəkil yer alıb.

Kitabın ön söz müəlliflərindən biri İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze qeyd edib ki, Gürcüstanda keçirilmiş ilk seçkilərdə etnik azlıqlar və qadınlar da iştirak ediblər: “Seçkilərdə müsəlman qadın və müstəqil namizəd Pərixanım Sofiyevanın Tbilisi qəzasından üzv seçilməsi Gürcüstan Demokratik Respublikasında özünüidarəetmə sisteminin yüksək keyfiyyətini yaxşı əks etdirir. Bununla yanaşı, Pərixanım Sofiyevanın seçkilərdə güclü partiya nümayəndələrinə qalib gələn ilk müsəlman qadın olması ilə bağlı ehtimallar böyükdür”.

Kitabda Sovet Keçmişinin Araşdırılması Laboratoriyasının ictimai arxivində saxlanılan Pərixanım Sofiyevanın fotoşəkli və “Gürcüstan Respublikası” (“Sakartvelos Respublika”) qəzetinin 1918-ci ildə nəşr olunmuş 6-cı sayında yer alan azərbaycanlı qadın namizədin də olduğu namizədlərin siyahısının fotosurəti yerləşdirilib.

“Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına seçkilər” kitabının nəşr olunmasına İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, ABŞ-ın USAID təşkilatı və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (IFES) dəstək göstərib.

Qeyd edək ki, P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı ötən ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı