Ukrayna Nazirlər Kabineti Rusiyanın başlatdığı müharibə nəticəsində ölkə iqtisadiyyatının ümumi itkilərini qiymətləndirib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında yer alan məlumatda deyilir. Hökumətin hesablamalarına görə, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının ümumi itkiləri artıq 600 milyard ABŞ dollarına çatıb. BMT isə Ukraynada ölən və yaralanan mülki şəxslərin sayını açıqlayıb.
Qeyd olunub ki, Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi Ukraynada 4 169 mülki şəxs ölüb. Bildirilib ki, ölənlər arasında 1 580 kişi, 1 038 qadın, 102 oğlan və 99 qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 67 uşaq və 1 283 böyük var. Eyni zamanda, 4 982 nəfər yaralanıb.