Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir

16 aprel / 13:12 3 dəq
661e202f9bdef661e202f9bdf01713250351661e202f9bded661e202f9bdee
16 aprel / 13:12
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Qerbxeber.com xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyən şəxslər üçün ödənişlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr 2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel – 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platforması üzərindən aparılacaq. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlar bölməsindən və ya UNEC-in Doktorantura şöbəsinə müraciət edərək öyrənmək olar.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı