Ermənistan Azərbaycanla danışıqlar üçün Rusiya platformasını boykot etmir.
“Qərb Xəbər” bildirir ki, bu barədə jurnalistlərə hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan deyib.
Koçaryan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı digər postsovet inteqrasiya strukturlarının üzvü olaraq qalır və tədbirlərdə iştirak edir.
Erməni deputat bu gün Tehranda keçirilməsi planlaşdırılan “3+3” platformasında danışıqlara toxunub:
“İrəvan regiondakı situasiyanın normallaşdırılması üçün daha aydın formulların əldə olunacağını gözləyir”.