Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına müraciət mayın 1-dək qəbul edilir. Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib. / Azərtac