Dünya

KİV: Berlin və Vaşinqton arasında Ukrayna ilə bağlı gizli anlaşma

4 iyul / 09:51 2 dəq
Patriot raketləri
4 iyul / 09:51
Burada sizin reklamınız ola bilər

ABŞ silahlarının Ukraynaya tədarükünün dayandırılması Ukraynaya ciddi zərbə vurub və Berlində narahatlıq yaradıb.

Bu barədə “Bild” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin iddiasına görə, hələ də bir ümid var – Almaniya hökuməti ilə ABŞ Prezidenti Donald Tramp arasında gizli razılaşma.

“Məsələ xüsusilə “Patriot” raketləri ilə bağlı daha da kəskinləşib. Ukrayna bu sistemin köməyi ilə Rusiya raketlərini vuraraq mülki əhalini və kritik infrastrukturu (məsələn, elektrik stansiyalarını) qoruyur. Əgər bu raketlər tükənərsə, Rusiyanın hava hücumları daha ölümcül ola bilər. Üstəlik, Kiyevin malik olduğu altı “Patriot” qurğusu effektiv müdafiə üçün açıq-aşkar kifayət etmir”, – deyə məqalədə qeyd olunur.

Nəşr yazır ki, Almaniya hökuməti təcili qərar üzərində işləyir və Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri, eləcə də kifayət qədər raketlərin verilməsi planlaşdırılır. Bildirilir ki, Berlin ABŞ müdafiə naziri Pit Heqsetin razılığını gözləyir. Almaniya iki “Patriot” qurğusunu Ukraynaya ötürmək üçün satın almağa hazırdır. Bu məlumatı jurnalistlərə hökumət dairələrindəki mənbələr təsdiqləyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı