Türkiyədə məktəbə silahlı hücum oldu-9 ÖLÜ,20 YARALI
Türkiyədə məktəbə silahlı hücum olub.
NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.
Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.
Hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb,20 nəfər yaralanıb.
Məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.
Məlumata görə, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.
Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.





