Dünya

KİV: ABŞ, Avropa və Ukrayna təhlükəsizlik zəmanətləri üzrə komissiya yaradır

19 avqust / 22:29 1 dəq
Ae592ee5 2aa4 3ab0 945d c02872a8363a 850
19 avqust / 22:29
Burada sizin reklamınız ola bilər

ABŞ, Avropa və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti təklifi hazırlayacaq komissiya yaradıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə Kiyev üçün ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin yüksək rütbəli rəsmilərinin təhlükəsizlik zəmanətləri ilə bağlı ətraflı təklif üzərində işləməsi gözlənilir.

Portalın mənbələri qeyd edib ki, komissiyanın rəhbəri ABŞ dövlət katibi, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubiodur.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı ərazi məsələlərini müzakirə etmək üçün onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşünün zəruriliyini qeyd edib. Eyni zamanda o, rusiyalı həmkarını bu məsələnin müzakirəsində realist olmağa çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər