Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzooyan deyib.
“Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edirik”.
O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: “Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.
Nazirin sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.
A.Mirzoyan, həmçinin söyləyib ki, Ermənistan sülh müqaviləsi təklifləri ilə bağlı Azərbaycandan cavab alıb.