Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi heç vaxt Ermənistana tabe olmayıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.
Bildirilib ki, Azərbaycan, Ermənistan və Gürcüstanda BQXK ofislərinin hesabatları ölkələr üzrə təqdim olunur:
“Qarabağ burada Ermənistanın yox, hər zaman Azərbaycanın bir hissəsi kimi qeyd edilib”.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmi Bakının izni olmadan Xankəndidə ofis açması müzakirələrə səbəb olmuşdu.