Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Tofiq Zülfüqarov: Rusiya Azərbaycana qarşı “proksi” müharibəyə başlayıb

16 avqust / 16:29 2 dəq
Aze rus münaqise
16 avqust / 16:29
Burada sizin reklamınız ola bilər
Rusiya tərəfi, Azərbaycana qarşı hər hansı hərbi və güc tətbiqinə əsaslanan addımların bir sıra səbəblərə görə tamamilə mümkünsüz olduğunu anlayaraq, “proksi” (dolayı yolla) təsir taktikasını seçib.
Qerbxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, Rusiyanın sözügedən taktikalarını belə sıralayıb:
Bakupost.az
– Rusiyada yaşayan azərbaycanlı diasporasına təzyiq göstərmək;
– İri azərbaycan-rus və azərbaycan-yəhudi bizneslərinə təzyiq (yerli “tərəfdaşların” iştirakı olmadan sırf azərbaycanlılara məxsus böyük biznesin mövcudluğu faktiki olaraq mümkün deyil);
– Azərbaycanın ixrac potensialına qarşı sabotaj cəhdləri;
– Dövlət mediası və internet şəbəkələrinə, resurslarına hücumlar, onların bloklanmasına yönəlmiş fəaliyyətlər;
Xüsusi təbliğat: şayiələrin, yalan məlumatların, rəsmi resursların loqotipləri ilə maskalanmış feyk xəbərlərin dövriyyəyə buraxılması və s.
Sabiq nazir qeyd edib ki, bu xüsusi təbliğatın əsas məqsədi ictimai rəydir:
“Bu ideyanın müəlliflərin fikrincə, ictimai rəy çaşdırılmalı, siyasi, etnik və ya sosial konsolidasiyadan məhrum edilməlidir.
Mövcud vəziyyətin spesifikliyini nəzərə alaraq, Azərbaycan ictimaiyyəti üçün başlıca birləşdirici amil – ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib, çoxmillətli xalq olmaq hissidir. Bu, vətəndaş kimliyimizin əsasını təşkil edən amildir və məqsədyönlü şəkildə informasiya hücumlarına məruz qalacaq.
Son nümunə kimi “Qərbi Azərbaycan” İcmasının guya ləğv edilməsi barədə feyk məlumatları, yaxud kompensasiyalardan imtina olunduğu haqda şayiələrin dövriyyəyə buraxılmasını göstərmək olar.
Odur ki, ayıq olun və Müdafiə Nazirliyinin, eləcə də informasiya hücumlarına qarşı mübarizə aparan digər rəsmi mənbələrin materiallarını daha tez-tez paylaşın”.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı