Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Müəllimlər təlimlərə cəlb olunacaq

11 iyun / 12:41 2 dəq
A08be3d0 0799 4124 aa6e fc93524e80fb
11 iyun / 12:41
Burada sizin reklamınız ola bilər

AMEA-nın Dilçilik İnstitutu Azərbaycan dilində əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün uşaq bağçası, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin təlimlərə cəlb olunmasını təklif edib.

Bunu açıqlamasında İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, bununla bağlı yeni yaradılan Monitorinq Mərkəzi tərəfindən təlimlər keçirilməsi təklif edilib: “Sırf müəllimlər üçün müəyyən kurslar daxilində maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir. Azərbaycan dilində heç bir problem yoxdur. Problem sadəcə olaraq dilin daşıyıcılarında, dildən istifadə edənlərdədir. Bəziləri öz milli sözlərimizi qoyub alınma sözlərə üstünlük verirlər. Misal üçün, bu gün bəziləri “uje”, “davay”, “neujeli”, “astanovka”, “xolodelnik” sözlərindən geniş istifadə edirlər. Bu sözlər dilimizdə baş alıb gedir. Baxmayaraq ki, bu sözlərin hamısının dilimizdə qarşılığı var”.

M.Nağısoylu Azərbaycan dilinin saflığının qorunması üçün ailələrə və təhsil müəssisələrinə çağırış edib: “Dilimizdə əcnəbi sözlərə üstünlük verilməsinin qarşısının alınması üçün ailələrdən, baxçalardan başlanılmalıdır və daha sonra bu, orta və ali təhsil müəssisələrində davam etdirilməlidir. Beləliklə, uşaqlara izah etmək lazımdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı