Qərb Xəbər TV

Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir

5 dekabr / 19:49 1 dəq
656dc4bf657f4656dc4bf657f51701692607656dc4bf657f2656dc4bf657f3
5 dekabr / 19:49
Burada sizin reklamınız ola bilər

Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.

“Qərb Xəbər”in məlumatına görə, bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.

Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər