Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ağstafada 3 sərhədyanı kəndin su təchizatı yaxşılaşdırılır

6 gün ago
A A
indir - 2023-03-16T153737.997

“Azərsu” ASC Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərinin içməli su təchizatını yaxşılaşdırır.

Bu barədə “Qərb Xəbər”ə qurumdan bildirilib.

Məlumata görə, layihə dövlət investisiyası hesabına həyata keçirilir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Köhnəqışlaq kəndində bulaqlardan, Tatlı və Yaradullu kəndlərində isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından istifadə edilib. Əhali içməli suya olan tələbatını uzaq məsafədən daşımaqla ödəyib.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Köhnəqışlaq kəndinin su təchizatı mövcud bulaqdan, Tatlı və Yaradullu kəndləri isə yeni qazılacaq subartezian quyularından veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarları, əhalinin ümumi istifadəsi üçün bulaqların inşası nəzərdə tutulub. Hazırda 5,9 km magistral və 38 km şəbəkə su xətlərinin tikintisi yekunlaşmaq üzrədir, nasos stansiyalarının və anbarların tikintisi davam etdirilir. 3 kənddə əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti quraşdırma işlərinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası 4 min sakinin içməli su təchizatını yaxşılaşdıracaq. Ağstafa rayonu ilə yanaşı hazırda Qazax, Tovuz və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

Son xəbərlər

xin

Rəsmi Bakıdan Ermənistana sərt xəbərdarlıq

21 Mart 2023
tehran_iran

İrana PUA-lara görə sanksiyalar tətbiq edildi

21 Mart 2023
futbol

FIFA “Qalatasaray”a transfer qadağası qoydu

21 Mart 2023
joe biden

Bayden Novruz bayramı ilə bağlı paylaşım edib

21 Mart 2023
novruz_semeni_190315 (1)

Bu gün Novruz bayramıdır

20 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.