İsrail Qəzza zolağında əməliyyatların növbəti mərhələsinə keçəcək
İsrail tədricən Qəzza zolağında əməliyyatların növbəti mərhələsinə keçəcək
“Qərb Xəbər”“Reuters“ə istinadən verdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Onun sözlərinə görə, yerli əhali, ehtimal ki, İsrailin oktyabrın 7-də HƏMAS hücumlarına cavab olaraq işğal etməzdən əvvəl Aralıq dənizi anklavının ən sıx məskunlaşdığı ərazi olan Qəzzanın şimalına qayıda biləcək.
Eyni zamanda, Qallant əməliyyatın yeni mərhələsinə keçidin vaxtını dəqiqləşdirməyib.





