Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək

6 fevral / 10:36 2 dəq
67a36c5259ab667a36c5259ab7173876334667a36c5259ab467a36c5259ab5
6 fevral / 10:36
Burada sizin reklamınız ola bilər

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ABŞ-nin “FARA” (Xarici Agentlırin Qeydiyyatı Aktı) qanununun hazırkı versiyasının surəti olacaq yeni qanun layihəsi təşəbbüsü irəli sürəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

“ABŞ-nin yeni hökuməti etiraf edib ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda iğtişaşlara və inqilaba dəstək üçün istifadə olunub. Keçən il Parlament “Fara”nın hələ tam tətbiq olunmamış yüngül versiyasını qəbul etdi. Ancaq bilirsiniz ki, onun qüvvəyə minməsinə baxmayaraq, xaricdən maliyyə alan varlı və iri QHT-lər reyestrdə qeydə alınmayıb. Buna görə də biz bunun əvəzində yeni Amerikanın FARA qanununun hazırkı variantının birbaşa surətini qəbul edəcəyik və onun tam icrasını təmin edəcəyik”, – Mdinaradze qeyd edib.

Onun sözlərinə görə, paralel olaraq hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq və bunun üçün “Qrantlar haqqında” qanuna düzəliş ediləcək.

Mdinaradze əlavə edib ki, hakim partiya sabahdan etibarən Britaniya modelinə uyğun “Media Qanunu”nun hazırlanmasına başlayacaq.
Onun sözlərinə görə, qanunla medianın obyektivliyi və jurnalist etikası standartları müəyyən ediləcək.
“Xarici mənbələrdən media orqanlarının maliyyələşdirilməsi məhdudlaşdırılacaq. Təbii ki, bu, kommersiya reklamlarından və digər bu kimk gəlirlərdən əldə edilən vəsaitlərə aid olmayacaq”, – Mamuka Mdinaradze bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı