Bu ilin 20 yanvar tarixində ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampın inauqurasiya mərasiminə qatılmaq üçün “Gürcü Arzusu” hökumətinin heç bir üzvü dəvət almayıb.
Qerbxeber.com Aktual.ge -yə istinadən xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun sorğusuna Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib.
Eyni zamanda Prezident Mixeil Kavelaşvili də dəvət almayıb.
Qeyd edək ki, Donald Trampın inauqurasiya mərasimində Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili iştirak edəcək. O, bu gün keçirdiyi brifinqdə bildirilib ki, ona şəxsi dəvəti Helsinki Komissiyasının sədri, Konqresmen Co Uilson göndərib.