Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Entoni Blinkendən Gürcüstan AÇIQLAMASI

10 yanvar / 19:55 3 dəq
Antoni Blinken
10 yanvar / 19:55
Burada sizin reklamınız ola bilər
“Seçkilərdə bir çox sual doğuran hadisələri gördükdən sonra, hökumətin repressiv addımlarını müşahidə etdikdən sonra, biz və tərəfdaşlarımız tədbirlər gördük”.

Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət katibi Entoni Blinken Parisdə Fransanın Xarici işlər naziri Jan-Noel Baro ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ, Fransa və digər bir çox ölkə arasında “Gürcüstan hökumətinin çox təəssüf doğuran addımları qarşısında” açıq bir həmrəylik mövcuddur.

Gürcüstana gəldikdə, biz bu barədə də danışdıq. Həm Fransa, həm də ABŞ Gürcüstanda demokratiyanın gerilədiyini görür. Bu, çox narahatedicidir. Təkcə demokratiyanın geriləməsi deyil, həm də gürcü xalqının mütləq əksəriyyətinin Avropa ilə daha yaxın gələcək qurmaq arzusundan uzaqlaşmasıdır.

Biz demokratiyanın bu geriləməsini gördükdən sonra, xalqın iradəsinə zidd hərəkət edən hökuməti müşahidə etdikdən sonra, seçkilərdə bir çox sual doğuran prosesləri izlədikdən sonra, azad və açıq şəkildə danışmaq istəyən insanlara qarşı repressiv addımları gördükdən sonra, biz və tərəfdaşlarımız tədbirlər gördük.

‘Gürcü Arzusu’ partiyasının lideri İvanişvili və hökumətin digər üzvlərinə sanksiyalar tətbiq etdik. ABŞ-ın Gürcüstan hökumətinə yardımı dayandırdıq. ATƏT-də Fransa daxil olmaqla demək olar ki, bütün tərəfdaşlarımızla birgə işləyərək, vətəndaş cəmiyyətinin ifadə və fəaliyyət azadlığını məhdudlaşdıran qanunvericilik də daxil olmaqla atılan addımların dəyişdirilməsi üçün ATƏT-in ‘Vyana Mexanizmi’ni işə saldıq.

Düşünürəm ki, məqsəd ətrafında ABŞ, Fransa və bir çox digər ölkə arasında Gürcüstan hökumətinin çox təəssüf doğuran addımları qarşısında açıq bir həmrəylik görürsünüz,” – deyə Entoni Blinken qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı