Gəncədə daş hasar uşağın üstünə aşıb
Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Qerbxeber.com “Report” -a istinadən xəbər verir ki, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzərinə daş hasar aşıb.
Azyaşlı ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı