Ermənistanda meşə yanğını başladı
Ermənistanın Kotayk vilayətində dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə Axar.az erməni mediasına istinadən xəbər verir ki, əraziyə təxminən 100-ə yaxın yanğınsöndürən cəlb edilib, yanğının yaxınlıqdakı Bjni və Arzakan kəndlərində evlərə keçməsinin qarşısı alınıb.
Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sərkisyan hazırda yanğının davam etdiyini bildirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı