Xankəndidəki separatçı rejimin nümayəndələri Bakıya görüş təklifi göndəriblər.
“Qərb Xəbər” bildirir ki, bu barədə məlumatı separatçıların qondarma “informasiya mərkəzi” yayıb.
Məlumata görə, Azərbaycan nümayəndələri ilə görüş təklifi sülhməramlılar vasitəsilə göndərilib. Görüşün yenidən Xocalıda keçirilməsi və burada “təxirə salınması mümkün olmayan humanitar məsələlərin” müzakirəsi təklif edilib.
Qeyd edək ki, bundan öncə Azərbaycan rəhbərliyi separatçılara Bakıda görüşməyi təklif etsə də, onlar bundan imtina ediblər.