Tovuz rayon Aşağı Quşçu kəndində işıqlar sönüb.
Bu barədə “Bölgənin Səsi” saytına kənd sakinləri məlumat verib. Hazırda kəndin üç böyük küçəsi üç saata yaxındır qaranlıqda qalıb.
Sakinlər onu da əlavə ediblər ki, “Azərişıq” ASC-nin qaynar xətti zənglərə cavab vermir.