Bakı-Qazax magistralının Ağstafadan keçən hissəsində baş verən hadisədə 3 nəfər ölüb, altı nəfər yaralanıb.
“Qərb Xəbər”in hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Man” markalı yük avtomobilinin “Gəncə-Qazax” marşrutu üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobus ilə toqquşması nəticəsində baş verib.
İlkin ehtimala görə, günahın “Mercedes Sprinter” markalı mikroavtobusda olduğu, ötmə hərəkətini düzgün yerinə yetirmədiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Detalları ilə bağlı məlumat veriləcək.