Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Azərbaycanda benzin istehsalı artıb

20 avqust / 11:38 1 dəq
6f244114 04e7 443e 8fd7 819845d972c5
20 avqust / 11:38
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 840,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 1,4% artıb.

Hesabat dövründə ölkədə 714,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin yeddi ayından 2,3% çoxdur. Bu il avqustun 1-nə 46 min ton hazır məhsul ehtiyatı qalıb.

Yanvar-iyul ayları ərzində 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 1 249,4 min ton dizel yanacağı, 63,3 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 26,8%, ağ neft istehsalında 0,5%, dizel yanacağı istehsalında 6,9%, yanacaq mazutu istehsalında 72% artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu, 144,4 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 79,8%, neft bitumunun istehsalı 19,4%, neft koksunun istehsalı 4,8% azalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı