Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Tramp: ABŞ Gürcüstanla münasibətləri gücləndirməyə sadiqdir

28 may / 00:00 2 dəq
Trump Reigan
28 may / 00:00
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp gürcüstanlı həmkarı Mixail Kavelaşviliyə 26 May – Gürcüstanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda ikitərəfli münasibətlərin dərinləşməsinə ümid etdiyini bildirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin administrasiyasının yaydığı məlumatda deyilir.

“Bu gün Gürcüstanda müstəqilliyin 107-ci ildönümünü – gürcü xalqının suverenlik, təhlükəsizlik və nəsillərdən nəsillərə ötürülən çətinliklər və çağırışlar fonunda milli kimlik uğrunda mübarizəsində əlamətdar tarix qeyd edilir. Administrasiyam Gürcüstan hökuməti ilə dinc və səmərəli münasibətləri gücləndirməyə sadiqdir”, – Tramp məktubda bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, gələcəkdə ədalətli ticarəti dəstəkləməklə və ikitərəfli əməkdaşlığın əhatə dairəsini genişləndirməklə ölkələr arasında iqtisadi əlaqələrin dərinləşəcəyini gözləyir.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Trampa və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə açıq məktub yazaraq, Vaşinqtonun iki ölkə arasındakı münasibətlərin yenidən qurulması perspektivləri ilə bağlı susqunluğunu anlamadığını bildirmişdi. Kobaxidzenin sözlərinə görə, hələlik onun məktubuna cavab gəlməyib.

Tiflis ilə Vaşinqton arasında münasibətlər 2024-cü ildə Gürcüstanın xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra xeyli pisləşib. Noyabrın 28-də Kobaxidzenin Avropa İttifaqına daxil olmaq üzrə danışıqların açılması prosesinin dondurulması ilə bağlı bəyanatından sonra ABŞ Dövlət Departamenti Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı