Qazaxda evdən 15 minlik qızıl oğurlanıb
Qazaxda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Qazax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini R.Qarayev saxlanılıb.
Araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı