Dünya

İranın nüvə silahına sahib olmaq niyyəti yoxdur-Uitkoff

10 may / 09:00 1 dəq
Stiven Uitkoff
10 may / 09:00
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, İran tərəfi ABŞ-a nüvə silahına sahib olmaq niyyətində olmadığını bildirib.

Qerbxeber.com bildirir ki, Uitkoff bu barədə “Breitbart News” portalına müsahibəsində danışıb.

“Biz öz mövqeyimizi ortaya qoyduq: İranın atom bombası ola bilməz. Onlar isə cavab olaraq bildirdilər ki, belə bir istəkləri yoxdur”, – o deyib.

Qeyd edək ki, Tehranla Vaşinqton arasında nüvə məsələləri üzrə dolayı danışıqlar hazırda Oman vasitəçiliyi ilə davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər