Gəncədə bıçaqlanma hadisəsi olub
Gəncədə 27 yaşlı gənc oğlan bıçaqlanıb.
Qerbxeber.com-un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı