Bölgə xəbərləri

Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın ölüb

28 aprel / 11:02 1 dəq
C978bf83 b660 3a17 9e66 4282caec53ad
28 aprel / 11:02
Burada sizin reklamınız ola bilər

Gədəbəydə yaşadığı evdə yanıq xəsarətləri alan 77 yaşlı qadın xəstəxanada ölüb

Qərb Xəbər” bildirir ki, Gədəbəy rayon sakini, 1945-ci il təvəllüdlü S.Hüseynova yaşadığı evdə sobanın yanında uzanan zaman qadının paltarı alışıb. Yaşlı qadın yanıq xəsarətləri alıb və xəsatəxanaya yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Ötən gün qəfildən halı pisləşən qadını yaxınları xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq 77 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər