Azərbaycanın bir neçə bölgəsində, cümlədən qərb bölgəsində əhalinin həssas və aztəminatlı təbəqəsinə ödənişsiz hüquq yardımı təklif olunur.
“Qərb Xəbər” saytının məlumatına görə, vəkil Əlibababa Rzayevin təklif etdiyi bu xidmətdən əlillər, qaçqınlar, məcburi köçkünlər, təqaüdçülər və əhalinin digər aztəminatlı hissəsi faydalana bilərlər.
Ödənişsiz hüquq yardımı əsasən aşağıdakı regionları əhatə edir:
Bakı, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Cəlilabad və Şirvan
Hüquq yardımına aşağıdakılar daxildir:
· Yazılı və şifahi məsləhətlərin verilməsi;
· Dövlət orqanlarına müraciətlərin hazırlanması;
· Məhkəmələrə müraciətlərin (iddia ərizələrinin və digər ərizələrin, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətlərinin və sair) hazırlanması;
· Müraciət edənin istintaqda və məhkəmədə təmsil olunması;
· Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin hazırlanması.
Ödənişsiz hüquq yardımı yerlərdə, həmçinin ünvana gəlməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.
Əlaqə məlumatları:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 1, mənzil 1
Mobil: (050) 593 18 38
(051) 707 73 07
(050) 540 80 99
e-mail: alibabarzayev@gmail.com
ehmedov_93@mail.ru
Qeyd edək ki, ödənişsiz hüquq yardımı çərçivəsində həmçinin “Elektron hökumət” başlıqlı buklet hazırlanıb. Həmin bukletdə elektoron hökumətin mahiyyəti, məqsədi, elektron qaydada xidmət göstərən dövlət orqanları və bu qaydada göstərilən xidmətlərin növləri, eləcə də “Elektron hökumət” portalından istifadə qaydaları və digər məsələlərlə bağlı ümumi məlumatlar qeyd olunub.
“Elektron hökumət” başlıqlı həmin bukleti də Sizə təqdim edirik: