Bölgə xəbərləri

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

2 avqust / 10:58 2 dəq
639e351e da35 46d7 8f23 cd99b25e356f
2 avqust / 10:58
Burada sizin reklamınız ola bilər

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub.

Məsələ ilə bağlı “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda deyilir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi
nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
332d608b-fcc8-474c-aa32-f0a8b2233556639e351e-da35-46d7-8f23-cd99b25e356f3ecbfdca-4c7f-4c43-9806-6cbec631a3792022-08-02_095018

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara
buraxılıb.

Ülviyyə Həsənli.
Qərb Xəbər.

Paylaş
Burada sizin reklamınız ola bilər