Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Emanuel Makron “BRİKS” sammitinə dəvət olunmayıb

23 iyul / 15:40 2 dəq
Emanuel makron
23 iyul / 15:40
Burada sizin reklamınız ola bilər

Fransa prezidenti Emmanuel Makron qarşıdan gələn “BRİKS” sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iştirak etmək istəsə də, tədbirə dəvət almayıb.

“Qərb xəbər” bildirir ki, bu barədə yerli “News 24” xəbər portalı məlumat yayıb.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa “BRİKS”in sədri kimi assosiasiyanın sammitinə 70 ölkənin liderinə dəvət göndərsə də, dəvət edilənlər arasında nə Fransa prezidenti Makron, nə də ABŞ və Böyük Britaniya liderləri yoxdur.

Avqustda Yohannesburqda keçiriləcək “BRİKS” sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var.

“BRİKS” sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Tədbir Biznes Forumun açılışı ilə başlayacaq. Avqustun 23-də Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək.

Avqustun 24-də “BRİKS” ölkələrinin liderləri təşkilat ilə əməkdaşlıq yolu ilə dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəklər. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı