Atəşkəsin əldə edilməsindən əvvəl Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həlli ABŞ Prezidenti Donald Tramp üçün prioritet olaraq qalır.
Qerbxeber.com-un xəbərinə görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Prezident Trampın prioriteti atəşkəsdən əvvəl dayanıqlı danışıqlar yolu ilə nizamlanma yolu ilə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaqdır”, – o, jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.